Ağstafada uşaq bağçasından qaçan uşağı maşın vurub
28 sentyabr, 2013 17:46
Ağstafada uşaq bağçasında qaçan azyaşlı uşağı maşın vurub.
Bu barədə məlumatı ERtv-yə Ağstafa rayon Polis Şöbəsindən veriblər.
Məlumata görə hadisə bu gün səhər saatlarında rayonun Tatlı kəndində baş verib. Kənd sakini, 21 yaşlı Cabir Əsgərov idarə etdiyi “QAZ 53” markalı yük maşını ilə kənd sakini 4 yaşlı Zaur Təyyar oğlu Əhmədovu vurub. Hadisə zamanı avtomaşını idarə edən sürücü uşağı dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparsada onun həyatını xilas etmək mümkün olmayıb. Polisdən bildiriblər ki, hadisə baş verən vaxt azyaşlı Zaur bağçadan küçəyə qaçıb. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.