Bu gün Lənkəran şəhərində yerli əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə növbəti əmək yarmarkası keçirilib.
Bu barədə ERtv-nin bölgə müxbiri xəbr verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya 400 nəfər işaxtaran qatılıb.
Yarmarkaya 26 təşkilatdan 10-u dövlət, 10-u qeyri-dövlət, 2-si xarici şirkət və 4-ü fiziki şəxs olmaqla 260 boş iş yeri çıxarılıb. Təklif edilən iş yerlərinin 146-ı dövlət qulluqçusu, 88-si fəhlə, 26-i xidmət sahəsinə aid olub.
"Əmək yarmarkası"na müəssisə və təşkilatlardan çıxarılan iş yerlərində əmək haqqı 105 - 245 manat arası dəyişir. İşaxtaran vətəndaşlara müvafiq iş yerlərinə 100-a yaxın göndəriş verilib. 24 nəfər peşə hazırlıq kurslarına cəlb olunub.
Xatırladaq ki, bu yarmarka Lənkəran rayon məşğulluq mərkəzi tərəfindən keçirilən sayca 20-ci əmək yarmarkasıdır.