Marsda su tapıldı
27 sentyabr, 2013 23:28
Daha bir planetdə su tapıldı.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, NASA-nın Mars planetində kəşfiyyat aparan “Curiosity” adlı robotunun götürdüyü nümunələr orada su olduğunu göstərib.
Araşdırma nəticəsində məlum olub ki, Marsda 2 faiz su mövcuddur. “Nyu York”dakı Politexnik İnstitutunun mütəxəssisi Laurie Leşin Marsda bu qədər yüksək miqdarda su tapılmasının həyəcanverici olduğunu söyləyib.
Leşin bu tapıntının növbəti araşdırmalar üçün önəmli mənbə rolunu oynadığını söyləyib.
Qeyd edək ki, Marsda suyun tapılması orada həyatın olması iddialarını gücləndirib.