Azərbaycan və Böyük Britaniya arasında sərmayə qoyuluşları müzakirə edilib
27 sentyabr, 2013 23:25
Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ERtv Fonda istinadən xəbər verir ki, görüşdə Ş. Mövsümov Fondun fəaliyyəti, vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr barədə məlumat verib.
Görüş zamanı tərəflər həmçinin Azərbaycan və Böyük Britaniya arasında sərmayə qoyuluşları barədə fikir mübadiləsi aparıblar.