Viza sadələşdirilməsi Avropa İttifaqı ölkələrinə tur paketləri ucuzlaşdıra bilər
27 sentyabr, 2013 23:22
Avropa İttifaqı ölkəri ilə viza sadələşdirilməsi tur paketlərdə qiymət endiriminə imkan verə bilər.
Gələcəkdə Avropa İttifaqı ölkələri ilə viza sadələşdirilməsindən biz zəmərəli istifadə etməliyik.
ERtv-nin verdiyi xəbərə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, gərək səyahət təşkilatları, turizm şirkətləri işlərini ciddi tutsunlar, mükəmməl tərəfdaşlar müəyyənləşdirsinlər və qiymətlərin aşağı salınmasına imkan tapsınlar.
Qeyd edək ki, noyabrda Azərbaycanla Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsinə dair müqavilənin imzalanması planlaşdırılıb.