Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd olan ölkə Prezidenti İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Balakən rayonunda da uğurla davam edir.
ERtv xəbər verir ki, Balakən rayonunu parlamentdə təmsil edən hakim partiyadan olan millət vəkili, professor Rəbiyyət Aslanovanın da qatıldığı tədbirlərdə rayon seçiciləri 9 oktyabr seçkilərində hamılıqla YAP-ın namizədi İ.Əliyevə dəstək verəcəklərini ifadə ediblər.
Qeyd edək ki, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilən gündən YAP-ın namizədinin dəstəklənməsi ilə bağlı Balakəndə çoxsaylı görüşlərə qatılan millət vəkili ayın 20-də rayonun Kortala (Püştütala) və Katex kəndlərində keçirilən tədbirlərdə iştirak edib.
R.Aslanova sözügedən tədbirlərdə seçkilərlə, YAP-ın prezidentliyə rəsmi namizədi ilə, ölkə Prezidentinin son on illik hakimiyyəti dövründə görülən işlərlə ilə bağlı fikirlərini açıqlayıb.
Millət vəkili çıxışlarında YAP-ın namizədini alternativsiz siyasi və dövlət kimi xarakterizə edib.
Sonra-ayın 21-də YAP-ın Balakən rayon təşkilatının Qadınlar Birliyinin aktivləri ilə keçirilən görüşə qatılan millət vəkili sentyabrın 23-də Mazıncay kəndinin sakinləri, 24-də isə Balakən ağsaqqalları və ziyalıları ilə görüşlərə qatılıb.
Adıçəkilən görüşlərdə millət vəkili bir daha seçkilərlə bağlı mövqeyini açıqlayaraq, balakənliləri yenidən YAP-ın namizədinə səs verməyə çağırıb.
“Bizim seçimimiz yalnız İlham Əliyevdir”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Hər üç tədbirə qatılan iştirakçılar da millət vəkilinin mövqeyini müsbət və razılıqla qarşılayaraq, seçkilərdə seçimlərinin yalnız İ.Əliyev olacağını ifadə ediblər.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı