Xəbərlər

İdmançılarımız İslamiadada doqquzuncu medallarını qazandılar
26 sentyabr, 2013 17:50

Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında növbəti medala layiq görülüblər.

ERtv-nin verdiyi xəbərə görə, İndoneziyanın Palembanq şəhərində keçirilən üçüncü İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarımız daha bir uğura imza atıblar.

Bununla da medalların sayı 9-a çatıb. Məlumatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti yayıb.

Sentyabrın 25-də keçirilən yarışlarda çıxışlarını uğurla başa vuran karateçilərimiz qızıl medal qazanıblar.

İndoneziya, Malayziya və Əlcəzair yığmalarına qalib gələn komandamız finala vəsiqə qazanıb.
Finalda İran yığması ilə gərgin mübarizə aparan karateçilərimiz əsl əzmkarlıq göstərərək rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər.

İlk döyüşdə Niyazi Əliyev özündən ağır və hündür olan rəqibə məğlub olsa da, sonrakı qarşılaşmalarda Asiman Qurbanlı, Rafayel Ağayev və Şahin Atamovun inamlı qələbələri sayəsində komandamız İran komandasını məğlubiyyətə uğradıb.

Ağırlıqqaldırma yarışlarında idmançımız Zülfüqar Süleymanov 62 kq çəki dərəcəsində yarışların bürünc medalını qazanıb. Z. Süleymanov birdən ağırlıq qaldırmada 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gəlmiş və ümumilikdə 278 kq nəticə ilə üçüncü olub.

Z. Süleymanov gələn ay Polşada keçiriləcək dünya çempionatında da yığma komandamızın heyətində olacaq.

Üzgüçülük yarışlarında 100 metr məsafəyə batterflyay üsulla üzmədə Yevgeni Lazuka bürünc medala sahib olub. Y. Lazuka bir gün öncə 50 metr məsafəyə baterflyay üsulla üzmədə gümüş medal qazanıb.

Sentyabrın 25-də isə idmançımız 55.05 saniyə nəticə ilə özünün 2-ci, komandamızın isə 9-cu medalını əldə edə bilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.