Xəbərlər

Milli qəhrəmanlara həsr olunan film çəkilib
26 sentyabr, 2013 17:48

Milli qəhrəmanlardan bəhs edən “Qartal yuvası” sənədli-bədii filminin çəkilişləri başa çatıb.

Filmin rejissoru və prodüseri Elnur Əliyevin ERtv-yə verdiyi məlumata görə, ekran əsəri Qazax rayonunun üç milli qəhrəmanı – Rafiq Alicanov, Mərifət Nəsibov, Şamoy Çobanovun həyatı və döyüş yolu haqqındadır.

Qazax, Füzuli, Şamaxı rayonlarında aparılan çəkilişlərin uğurla başa çatdığını deyən rejissor filmdə qəhrəmanların həyatlarının maraqlı kəsimlərinə daha artıq diqqət ayrıldığını bildirib.

Filmin ssenari müəllifi Kamran Qasımov, quruluşçu operatoru Elgiz Azadov, quruluşçu rəssamı Mehriban Əfəndiyevadır.

Qeyd edək ki, film Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək İctimai Birliyinin köməkliyi ilə çəkilir.

Məlumat üçün bildirək ki, “Qartal yuvası” rejissorun milli qəhrəmanlara ithaf olunan sayca ikinci filmidir. Belə ki, daha öncə o, Gədəbəy rayonunun dörd milli qəhrəmanının şərəfli döyüş yolundan bəhs edən “Alınmaz qalanın qəhrəmanları”nı çəkib. E.Əliyev 2013-cü ildə “Ən yaxşı gənc prodüser” nominasiyasında “İlin gənc kinematoqrafı” Milli Mükafatına layiq görülüb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.