Xaricdə oxumaq üçün sənəd verənlər daha çox hansı ixtisaslara maraq göstərirlər?
26 sentyabr, 2013 17:47
Təhsil Nazirliyi xaricdə oxumaq üçün sənəd verən tələbələrin ən çox seçdiyi ixtisasların adını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, 2013-2014-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla davam etdirilir.
Proqram çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən gənclərimiz daha çox iqtisadiyyat, tibb, mühəndislik, informasiya texnologiyaları və turizm ixtisas istiqamətlərinə maraq göstərirlər.