Gələn il Neft Fondu 10 ton qızıl alacaq
26 sentyabr, 2013 17:42
Gələn il Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatları 40 tona çatdırılacaq.
ERtv xəbər verir ki, bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna kimi 30 ton qızıl alınması nəzərdə tutulur.
Fondun icraçı direktoru hazırda 26 ton qızıl alındığını qeyd edib:
“İndiyədək alınan qızılın yarısından çoxu Azərbaycana gətirilib. İlin sonuna kimi təxminən 20 tona yaxın qızıl ölkəyə gətiriləcək”.
O, gələn il üçün isə 10 ton qızılın alınmasının planlaşdırıldığını əlavə edib.