Xəbərlər

Berlində Azərbaycanın son 10 ildəki iqtisadi inkişafına dair forum keçirilib
26 sentyabr, 2013 17:41

Azərbaycanın Almaniyadakı səfirliyində hakimiyyətdə olan Xristian-Demokratlar Birliyi (CDU) Partiyasının “İqtisadiyyat Şurası“ təşkilatı ilə birlikdə “İqtisadi siyasətin perspektivləri: İmkanlar və çağırışlar“ adlı forum keçirilib.

ERtv-yə səfirlikdən bildiriblər ki, Almaniyanın 70-ə yaxın kiçik və orta sahibkarlarının və iqtisadi dövlət qurumlarının nümayəndələrinin qatıldığı tədbirin məqsədi ölkəmizin son 10 ildə əldə etdiyi nailiyyətlərinin müzakirəsi və alman iş adamlarını bundan sonra da ölkəmizlə əlaqədar biznes ideyaları inkişaf etdirməyə həvəsləndirməkdən ibarət olub.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov salamlama nitqində Azərbaycan-Almaniya münasibətlərinin inkişafından söhbət açıb. Səfir iki ölkə arasında ticarət dövriyyəsinin 2013-cü ilin ilk yarısında əvvəlki yarımilliklə müqayisədə 36% artdığını və iki ölkə ticarətinin Almaniyanın bütün Cənubi Qafqaz regionu ilə olan ümumi ticarət dövriyyəsinin 80%-ni təşkil etdiyini deyib.

Səfir Azərbaycan iqtisadiyyatının ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında sürətli və davamlı artımının bu münasibətlərin inkişafı üçün əlverişli şərait yaratdığını vurğulayıb.

Bugünkü tədbirin həmçinin son 10 ildə Azərbaycan hökumətinin imza atdığı inkişafın açıq müzakirəsi üçün əlverişli imkan olduğunu qeyd edib.

“Berlin və Brandenburq Federal Torpaqları İqtisadiyyat  Şurası“nın sədri Nikolaus Broyl Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolunun ölkənin həm iqtisadi, həm də siyasi inkişafında təzahür etdiyini bildirib. N.Broyl məmnunluqla vurğulayıb ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm tərəfdaşıdır. Natiq, Azərbaycanın demokratik inkişafına da toxunaraq, bu ölkədə uzun illər bundan qabaq ölüm hökmünün aradan qaldırıldığını, insan hüquqlarının ölkə konstitusiyasında təsbit olunduğunu və transformasiya prosesinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

“Alman-Azərbaycan Forumu“nun idarə heyətinin sədri Hans-Ebert Şlayer Azərbaycanın Qərblə yüksək səviyyəli əməkdaşlığını qeyd edib və Avropanın, o cümlədən Almaniyanın ölkəmizin bu kursunu həm də iqtisadi sahədə dəstəkləməli olduğunu vurğulayıb. Şlayerin sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında Avropaya ən sürətlə inteqrasiya edən ölkədir. O, Azərbaycanda irimiqyaslı infrastruktur layihələrinin və fəal iqtisadi diversifikasiyanın həyata keçirildiyini və bunun Almaniyanın orta iş adamlarının ölkəyə investisiya yatırması üçün cəlbedici faktor olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə AzPROMO şirkətinin Almaniya üzrə təmsilçisi İbrahim Əhmədov Azərbaycanın qeyri-neft sektorunda biznes imkanları haqqında təqdimatla çıxış edib. İ.Əhmədov son 10 ildə qeyri-neft sektorunda inkişaf, iqtisadi mühitin yaxşılaşdırılması üçün həyata keçirilmiş iqtisadi-siyasi islahatlar, Azərbaycanın nailiyyətlərinin beynəlxalq hesabatlarda öz əksini tapması, xarici sərmayədarlar üçün ölkədə olan imkanlar haqqında alman iş adamlarına ətraflı məlumat verməklə yanaşı, onların diqqətini Azərbaycanda biznes fəaliyyəti üçün maraqlı ola biləcək konkret sahələrə də yönəldib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.