Xəbərlər

Zahid Oruc: “Azadlıq” radiosu qərəzli və birtərəfli mövqe tutur”
26 sentyabr, 2013 17:40

“Azadlıq” radiosunun fəaliyyətinə yönəlik narazılıq seçkilər dönəmində xüsusilə artıb.

Mövzu ilə bağlı fikirlərini ERtv-yə bildirən prezidentliyə namizəd Zahid Oruc “Azadlıq” radiosunun birtərəfli fəaiyyətini tənqid edib:

“Seçkilər dönəmində kütləvi informasiya vasitələrinin prosesləri hansı formada işıqlandırılmasının əhəmiyyəti başa düşüləndir.

Lakin bir sıra media orqanları, o cümlədən, “Azadlıq” radiosu belə mühüm mərhələdə peşəkarlığa və obyektivliyə əsla uyğun gəlməyən qaydada fəaliyyət göstərirlər.

“Azadlıq” radiosunun başqa bir dövlətə mənsubluğunu nəzərə alsaq, bu media qurumunun proseslərə məlum münasibətinin diqqətdən kənar qalması mümkün deyil.

Əslində, bu radionun kursuna baxdıqda, hansı məqsəd daşıdığını, ölkə daxilində konkret qrupun maraqlarından çıxış etdiyini, onun tribunasına çevrildiyini asanlıqla görmək olur.

Təəssüf ki, Azərbaycanda taleyüklü prezident seçkiləri dönəmində bu radio qeyd etdiyim qrupun namizədinin birmənalı təbliğatı ilə məşğuldir. Bu zaman nə peşəkarlıq, nə seçicilərin nə də digər namizədlərin maraqları nəzərə alınmır.

Xarici media vasitələrinin ölkədəki seçki təşviqatında iştirakına qanunla icazə verilmədiyindən, “Azadlıq” radiosu bununla həm də özü üçün məsuliyyət yaradır.

O baxımdan, Mərkəzi Seçki Komissiyasının  “Azadlıq” radiosu, eyni zamanda,  digər media orqanları ilə bağlı ortaya qoyduğu mövqe tam haqlıdır və qanunlara əsaslanır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.