Xəbərlər

Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun fərdi sərgisi açılacaq
25 sentyabr, 2013 21:49

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq rəssamı Tahir Salahovun "Əsrlərin qovşağında" adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcək.

Mərkəzdən ERtv-yə verilən məlumata görə, ekspozisiyada məşhur fırça ustasının müxtəlif illərdə çəkdiyi rəsmlər, həmçinin xalça üzərindəki əsərləri nümayiş olunacaq.

Onların sırasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti, həmçinin Qara Qarayev, Dmitri Şostakoviç və Mstislav Rostrapoviçin portretləri, "Aydan", "Səhər. Abşeron", "Koroğlu" tabloları, Abşeron triptixi - "Atəşgah", "Xəzər bu gün", "Qız qalası" və digər məşhur əsərləri də var.

Sərgi noyabrın 6-dək davam edəcək.

T.Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1957-ci ildə isə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirib. "Gecə növbəsindən qayıdanlar" adlı diplom işi ilə diqqəti özünə cəlb edən T.Salahov rəngkarlıqda "sərt üslub" adlanan istiqamətin əsasını qoyub.

T.Salahov Azərbaycan və Rusiyanın bir çox mükafatlarının laureatı, dünyanın 20-dən çox akademiya və yaradıcılıq təşkilatının fəxri üzvü, ABŞ-ın bir neçə ştat və şəhərinin fəxri vətəndaşı, YUNESKO yanında Plastik İncəsənət üzrə Beynəlxalq Assosiasiyanın fəxri prezidentidir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.