Panda 14 bala dünyaya gətirdi
25 sentyabr, 2013 21:46
Çində pandanın 14 balası doğulub.
ERtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində yerləşən Çenqdu Panda Artırma və Araşdırma mərkəzində maraqlı hadisə olub.
Bir panda süni mayalanma yolu ilə son 3 ayda 14 bala dünyaya gətirib.
Qeyd edək ki, pandalar yeni doğulanda 10 gün ərzində ölüm təhlükəsi keçirir. Əgər bu dövrü təhlükəsiz keçirirlərsə normal həyatlarına davam edirlər.
128 pandanın yer aldığı mərkəzdə yeni doğulan bala pandalar hazırda xüsusi nəzarətdə saxlanılır.