Milli Şura təmsilçilərinin onların fəaliyyətinə yönəlik tənqidlərə dözümsüz və aqressiv reaksiyaları narazılıq doğurub.
Bu qurumun 22 sentyabr mitinqi haqqında tənqidi fikirlər səsləndirən REAL hərəkatının nümayəndəsi Erkin Qədirliyə yönəlik hücumlar Milli Şuranın alternativ mövqeyə dözümsüzlüyünü birbaşa təsdiqləyib.
Bu məsələni ERtv-yə şərh edən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin Milli Şuranın cəmləşdiyi radikal düşərgənin siyasi və insani mədəniyyət problemi yaşadığını deyib:
“Bu son başverənlərdən sonra daha əminliklə demək olar ki, radikal düşərgədə demokratiyadan əsər-əlamət yoxdur. Burada məsələ tək Erkin Qədirlinin söylədikləri və ona verilən cavablardan getmir – Milli Şura bütövlükdə ciddi mədəniyyət qıtlığı keçirir.
Milli Şuranın son mitinqində səslənən bəzi çıxışlar isə ümumiyyətlə, heç bir əxlaq normasına sığmır. O qüvvələrin hakimiyyətə gəlişlərini bir anlıq təsəvvür etdikdə, onların nələrə əl ata biləcəklərini düşünmək belə qorxuncdur.
Amma xalq bunları getdikcə daha yaxşı tanıyır, əxlaqlarına bələd olur və lazımı qiymətlərini də verir”.