Azərbaycan İslamiada-2013-də 4-cü medalını qazandı
24 sentyabr, 2013 20:36
Daha bir Azərbaycan karateçisi İndoneziyada keçirilən İslamiada-2013-ün mükafatçısı olub.
ERtv-nin verdiyi xəbərə görə, Niyazi Əliyev (67 kq) finala qədər bütün rəqiblərini məğlub edib, lakin finalda Səudiyyə Ərəbistanından olan idmançıya məğlub olub və gümüş medala sahib olub.
Beləliklə, İslamiadada Azərbaycan yığmasının hesabına 4-cü medal əlavə olunub. Bunlardan ikisi qızıl, ikisi isə gümüş medallardır.