Xəbərlər

Səməd Seyidovun “Psixologiya şeirlərdə və....” adlı kitabı işıq üzü görüb
23 sentyabr, 2013 20:25

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun növbəti “Психология в стихах и…”(Psixologiya şeirlərdə və...) adlı kitabı işıq üzü görüb.

ERtv-nin məlumatına görə, min tirajla “Qanun Nəşriyyatı” nəşriyyat evində səhifələnmiş və dərc olunmuş şeirlər kitabının redaktoru Bela Zakirovadır. Rus dilində yazılmış kitab 84 səhifədən ibarətdir.

Kitabda “Ода творчеству” (“Yaradıcılıq qəsidəsi”), “Личность” (“Şəxsiyyət”), “Кто разделил мой мир прекрасный?” (“Mənim möhtəşəm dünyamı paylaşan kimdir?”), “Так прав ли был философ Шпенглер?” (“Filosof Şenqler haqlı idimi?”), “Душа и слово” (“Könül və kəlmə”), “Добро и зло” (“Xeyir və şər”), “Как просто” (“Çox sadəcə”), “Как только солнца луч” (“Günəş şölə saçan kimi”), “Доверие” (“Etimad”), “Воронье” (“Yırtıcılar”), “Мое лекарство” (“Mənim əlacım”), “Как ветер” (“Yel kimi”), “Любимая, как ты прекрасна!” (“Necə lətafətlisən, sevgili canan”), “Опомнись, божье создание” (“Aç gözlərini, ilahi məxluq”) başlıqları altında psixoloji-fəlsəfi şeirlər öz əksini tapıb.

Qeyd edək ki, kitab S.Seyidovun 2010-cu ildə nəşr olunmuş və 2013-cü ildə məşhur “amazon.com” saytında 100 ən çox oxunan dünya bestsellerləri siyahısına düşmüş “Yaradıcılığın fenomenologiyası” adlı kitabının yenidən işlənmiş versiyasıdır. Lakin hazırkı nəşrdə fikirlər şeir formasında ifadə olunub.

Müəllif “Yaradıcılığın fenomenologiyası” kitabının yeni variantda nəşrini daxilində baş qaldıran qəribə duyğularla, yeni yaradıcılıq istəyi ilə izah edib.

“O kitab işıq üzü gördükdən sonra məndə qəribə hisslər baş qaldırdı. Narahatlıq, natamamlıq kimi hissləri xatırladan bu duyğuları sözlə ifadə etmək çox çətindir. Düşündüm ki, yenidən nəsə etmək, yazmaq, söyləmək lazımdır. Bu anlaşılmaz hisslər şeir formasında dərc olunan kitabımı yazmayana qədər məni tərk etmədi.

Yaradıcılıqla məşğul olmaq çox qəliz bir məsələdir, ona toxunaraq biz yeni bir aləmə düşürük, başqa reallıqlarla üz-üzə qalırıq. O, səni səndən alaraq tamamilə öz əhatəsinə alır... Və artıq işi görüb tamamladıqdan sonra sözügedən vəziyyət peyda olur. Yaşadığın, çalışdığın real həyat öz dəyərini itirir, hətta səni əhatə edən insanların da münasibətləri bir o qədər də məna verməməyə başlayır. Yalnızca yaradıcılıq, bu ilahi hissi yenidən duymaq istəyi, duyğular...” – bu sözlərlə kitabın ön sözündə fikirlərini xüsusi ustalıqla ifadə edən müəllif yaradıcılığa dair hisslərini şeirlərlə kitabda cəm etdikdən sonra yenə də etdiklərinin yetərli olmadığını və yeni bir araşdırmaya başlamağın zəruri olduğunu qeyd edib.

Müəllif və kitab haqqında müqəddimə olaraq ADU-nun Azərbaycan tarixi, fəlsəfə və sosial-siyasi elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Adilə Abdiyeva fikirlərini bildirib:

“Səməd Seyidovun poeziyası hər yöndən nadir hadisədir, belə ki, onun fenomenologiyasında ahəngdarlıq yunan fəlsəfəsi və psixoanalitik nəzəriyyənin dərin mənası ilə yığcamlıq təşkil edir. Bu məcmuədə insanlığın və ayrılıqda hər birimizin ömür yollarına həsr olunmuş ən mürəkkəb suallar şeirlərlə ifadə olunub”.

Qeyd edək ki, 2000-ci ildən Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Səməd Seyidov elə həmin ildə də Milli Məclisə millət vəkili seçilib. Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, eyni zamanda Azərbaycanın AŞPA-dakı (Avropa Şurasının Parlament Assambleyası) nümayəndə heyətinin rəhbəridir.

O, 100-dən çox elmi məqalələrin, dərs vəsaitlərinin və monoqrafiyaların müəllifidir. 2009-cu ildə S.Seyidovun diplomatik xidmətləri Xarici İşlər Nazirliyi tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycan Respublikasının Diplomatik xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təltif edilib.

27 oktyabr 2011-ci ildə Səməd Seyidov Fransanın üçüncü dərəcəli “Şərəf Legionu” ordeni ilə mükafatlandırılıb. O, Latviyanın Elmlər Akademiyasının Beynəlxalq Elmlər Şurasının üzvü seçilib, Gürcüstanın “Elmlər Akademiyasının Akademiki” fəxri adına layiq görülüb, Amerika Psixoloqlar Assosiasiyasının üzvü təyin olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.