Xəbərlər

Tikinti şirkəti Bakıda tunellərin su ilə dolmasına aydınlıq gətirib
24 sentyabr, 2013 20:21

“Akkord” korporasiyası “Gənclik” metrostansiyası yaxınlığındakı tunellərin su ilə dolması məsələsinə aydınlıq gətirib.

Şirkətin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, yağış sularının tunellərə dolmasına səbəb gecə leysan başlayan zaman tunellərdə suyun çıxarılması üçün nəzərdə tutulmuş cəmi bir nasos stansiyanın fəaliyyət göstərməsi olub.

“Biz yağışın bu qədər güclü olduğu barədə vaxtında məlumatlandırılmamışıq. Bu səbəbdən 1 saylı nasos stansiyası yağış sularının tunellərdən çıxarılmasının öhdəsindən gələ bilməyib, dərhal fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş ikinci stansiya işə salınıb. İkinci stansiya işə salındığı andaca tunellərdəki problem aradan qaldırılıb. Hazırda bu problem tam olaraq öz həllini tapıb”, - deyə Akkord-dan bildiriblər.

Koorporasiyanın mətbuat xidmətindən qeyd ediblər ki, tunelin su ilə dolması təkcə güclü yağışla əlaqəli deyil:

“Yağış yağan zaman mövcud drenaj sistemi yağış sularının öhdəsindən gələ bilməyib və paytaxtın mikrorayonlarından su axını Atatürk, Ziya Bünyadov prospektləri və Gənclik metrostansiyası istiqamətində hərəkət etməyə başlayıb”.

“Akkord”un məlumatında bildirilir ki, hazırda bütün yeni yol qovşağı sistemi yaxşı vəziyyətdədir və su axını ilə bağlı heç bir ziyan dəyməyib”.

Xatırladaq ki, Akkord-un “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsi çərçivəsində inşa etdiyi beş tunelin açılışı cari ilin sentyabr ayının 2-də olub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.