Qalib komandanın azarkeşləri güllələndi
24 sentyabr, 2013 20:16
Meksikanın Siudad Xuares şəhərində beysbol oyununda komandalardan birinin qələbəsinin bayram edildiyi bir evə silahlı hücum nəticəsində ən azı on nəfər ölüb.
ERtv BBC-yə istinadən xəbər verir ki, təqribən 30 nəfər qonaq oyunda qazanılan qələbə münasibəti ilə bir yerə toplaşıb.
Bu zaman iki nəfər silahlı şəxs evə yaxınlaşaraq atəş açmağa başlayıb. Öldürülənlər arasında yeddi yaşlı qız uşağı da olub.
Hakimiyyət nümayəndələri hücumun iki ay öncə qonşuluqdakı beysbol meydançasından beş nəfərin oğurlanmasına cavab olaraq edilə biləcəyini ehtimal ediblər.