Fransa Hava Yolları Şirkətinə məxsus təyyarədən 50 kiloqram külçə qızıl oğurlanıb.
ERtv-nin verdiyi xəbərə görə, Parisin Şarl de Qol Beynəlxalq hava limanından İsveçrənin Sürix şəhərinə mütəmadi uçuşlar edən “Air France” Hava Yolları şirkətinə məxsus təyyarədən 50 kiloqram külçə qızıl oğurlanıb.
Sentyabrın 19-da Şarl de Qoll Beynəlxalq hava limanında təyyarəyə 300 kiloqram külçə qızıl yüklənərək Sürixə yola salınıb. Sürixdə malı təhvil alan məsul şəxs qızılı çəkərkən 1,6 milyon avro dəyərində, yəni 50 kiloqram qızılın əskik olduğunu bilib və dərhal bu barədə səlahiyyətli orqanlara məlumat verib.
Məsələni araşdıran Fransa polisinin ilkin ehtimalına görə, uzun müddət bu yükün mütəmadi olaraq yola salınmasını izləyən oğrular hava limanında çalışan bəzi fəhlələrlə cinayət əlaqəsinə girərək qızılı hava limanında təyyarəyə yüklənən vaxt oğurlayıblar.
Bu hadisədən bir gün əvvəl “Air France” Hava Yolları şirkətinə məxsus təyyarədə 1,5 ton kokain tutulub.