Xəbərlər

Avropa Parlamenti Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib
23 sentyabr, 2013 20:11

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi yenidən Avropa Parlamentinin gündəminə gətirilir.

ERtv TurkishNY.com portalına istinadən xəbər verir ki, Avropa Parlamentində bu mövzuda keçirilən dinləmələrə Türkiyədən jurnalist Cengiz Aktar və Ermənistandan politoloq Riçard Kirakosyan qatılıb.

C.Aktar öz çıxışında Azərbaycan faktorunun Türkiyədə böyük bir rol oynamağa davam etdiyini bildirib:

“Azərbaycanın bu barədə mövqeyi dəqiqdir: Ermənistanın Dağlıq Qarabağı geri qaytarmayacağı təqdirdə, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmamalıdır”.

Dinləmədə çıxış edən Türkiyənin Avropa İttifaqındakı nümayəndəsi Selim Yenel  Ermənistanın Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atmasının vacibliyini deyib:

“Bundan hamımız qazanarıq. Köklü dəyişikliklərə ehtiyacımız var və bu məsələdən başlaya bilərik”.

S.Yenel Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinə ciddi təsir imkanlarına malik olması haqda suala belə cavab verib:

“Türkiyə və Azərbaycan iki fərqli ölkə ola bilər, amma biz tək bir millətik. Azərbaycanı nəzərə almaya bilmərik.

Azərbaycanın haqsız münasibətə məruz qaldığını görürük və Ermənistanın bunu düzəltmək istiqamətində addım atmasını gözləyirik”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.