Bu ilin səkkiz ayında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsi 2 mlrd. 596 mln. 708 min dollar təşkil edib.
ERtv-nin Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsi ötən ilin eyni dövründən 17% artıq olub.
Dövriyyənin 1 mlrd. 724 mln. 550 min dolları Azərbaycanın MDB ölkələrindən idxalının, 872 mln. 157 min dolları isə bu ölkələrə ixracının payına düşüb.
MDB ölkələrinə ixrac ötən ilin eyni dövründən 21%, bu ölkələrdən idxal isə 15% artıq olub.
Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulların həcmi səkkiz aydakı ümumi idxalının 24%-ni, MDB ölkələrinə ixrac isə ümumi ixracın cəmi 5%-ni tutub.
MDB ölkələri arasında Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkə Rusiya olub. Bu ölkə ilə hesabat dövründə 1 mlrd. 756 mln. 671min dollar məbləğində ticarət əməliyyatı aparılıb. Rusiya Azərbaycanın ən çox ticarət apardığı üçüncü ölkə olub.
Bu ölkə həm də 1 mlrd. 015 mln. 955 min dollar məbləğində Azərbaycana mal ixrac etməklə Azərbaycanın ən çox mal aldığı ölkə olub.