Azərbaycanda kredit kartlarının sayı artır
23 sentyabr, 2013 20:06
Avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 5 mln. 375 minə çatıb.
ERtv-nin Mərkəzi Bakın hesabatına istinadən verdiyi xəbərə görə, bunun da 686 min ədədini kredit kartları təşkil edir.
Bu isə ilin əvvəli müqayisədə 68% artım deməkdir.
Hesabata əsasən debet kartların 2 mln. 546 mini sosial, 1 mln. 389 mini isə əmək haqqı kartlarıdır.
Bildirək ki, bu müddətdə debet və kredit kartları ilə 920 mln. manat həcmində 5 mln. 982 min əməliyyat həyata keçirilib.