Azərbaycanda bank sektorunun məcmu kapitalı 41 %-dən çox artıb
23 sentyabr, 2013 20:05
Azərbaycanda bank sektorunun məcmu kapitalı avqustun 1-nə 3009.4 mln. manata çatıb.
ERtv-nin Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, bu da ilin əvvəlindən məcmu kapitalın 17 %-dək artdığını göstərir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu 41 % artım deməkdir.
Hesabata əsasən, 41 bankın məcmu kapitalı 10 mln. manatdan artıq, 2 bankın isə məcmu kapitalı 3,5mln. manatdan 5 mln. manatadəkdir.