Xəbərlər

Prezidentliyə namizədlərin 4-cü debatında da “atəşkəs” pozulmadı
24 sentyabr, 2013 20:03

Dövlət başçısı postuna iddialıların İctimail Televiziyada (İTV) təşkil olunan növbəti teledebatında qarşılıqlı ittihamlar yenə təkrarlanıb.

ERtv xəbər verir ki, teledebat iştirakçıları öz çıxışlarında kəskin ittihamlar səsləndirsələr də, bu, hər hansı insidentin yaranmasına səbəb olmayıb.
 
Püşkatmaya görə ilk çıxışçı olan prezidentliyə namizəd Zahid Oruc  bu dəfə ilk olaraq, diqqəti milli təhlükəsizlik  məsələinə yönəltdi. Namizəd qeyd etdi ki, Azərbaycan üçün xaricdən hələ də müəyyən təhlükələr qalır və ölkənin sabitliyinin pozulmasına  çağırışlar  edilir. O, lavə edib ki, ölkənin təhlükəsizliyinə təhdil yarandığı bir vaxtda başqa mövzularda danışmağın doğru olmadığını vurğulayıb.  Z.Oruc Milli Şuranın namizədinin ittihamına cavab olaraq, hakimiyyətin işğal altında olan torpqların nəinki iyirmi, hətta iki yüz metrinin də azad etdiyini söyləyib.

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi  İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı  milli maraqların təminatından danışaraq, fəaliyyətdə olan dövlət başçısının Azərbaycanın milli dövlət mənafelərini yüksək səviyyədə qoruduğunu bildirib.

M.Qurbanlı ölkənin bütün sahələrində sürətli inkişaf getdiyini deyərək, bu zaman konkret rəqəmlər səsləndirib. Onun sözlərinə görə, İ.Əliyevin prezidentliyi dövründə ölkənin Ümumi Daxili Məhsulu 3,4 dəfə artıb,  sahibkarlara aşağı faizlə 1,2 milyard manat kredit verilib,  təhsil və səhiyyə sahəsinə ayrılan dövlət vəsaiti artərəlıb, məktəb, səhiyyə müəssisəsləri tikilib, qaçqınların həyat şəraitinin  yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb.
M.Qurbanlı çıxışında Milli Şuraın namizədi Milli Şuranın namizədi Cəmil Həsənlinin səsləndirdiyi itthamlara münasibət bildirib.

Səlahiyyətli namyəndə qeyd edib ki, 2003-04-cü ildə Azərbaycanın dövlət büdcəsi 7 milyard manat olub. M.Qurbanlı sual edib ki, belə olan halda o dövrdə 48 milyard dollar ölkə xaricinə necə çıxarıla bilərdi? Ən adi hesablama da göstərir ki, bu iddia çox absurddur.

M.Qurbanlı S.Cəlaloğlunun sözlərinə cavab olaraq, Azərbaycanın daha güclü, zəngin və firavan gələcəyə getdiyini diqqətə çatdırıb.

Prezidentliyə namizəd İqbal Ağazadə 22 sentyabr Ağstafada mitinqə gələnlərə sakinlərə təşəkkür edib. Həmin aksiyaya mane olanlar baerədə ölçü  götürülməsini tələb edib. O da çıxışını milli maraqların qorunması mövzusunda davam etdirib və daha sonra humanitar sferada möövcud olan problemlərdən danışıb.

Növbəti çıxışçı, prezidentliyə namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi  Akif  Heydərov  tımsil etdiyi namizədin seçki platforması haqqında məlumat verərək, orada vətəndaşların üzləşdiyi problemlərə geniş yer verildiyini bildirib. A.Heydərov çıxışında daha sonra vicdan azadlığının qorunması məsələsinə geniş yer verib.   
    
Prezidentliyə namizəd Hafiz Hacıyev isə yenə də Milli Şuranı və onun namizədini hədəfə götürərüb. H.Hacıyev adıçəkilən qurumun son mitinqində özünün təhqir olunmasına etiraz edərək, qarşı tərəfi müxtəlif məsələlərdə ittiham edib.

Prezidentliyə namizəd Fərəc Quliyev seçkiqabağı görüşlərini davam etdirdiyini deyərək, bu çərçivədə keçiriləcək növbəti tədbirin anonsunu verib.  Prezidentliyə namizəd ölkədə aqrar sektorun inkişafının vacibliyini deyərək, bunun üçün geniş imkanlar olduğunu bildirib. F.Quliyev daxil bazarın qorunması istiqamətində ciddi tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

 “Seçki marafonu”nun digər iştirakçısı Sərdar Cəlaloğlu çıxışının əvvəlində   seçicilərin ona ünvanladıqları müraciətlərdən söz açıb. Prezidentliyə namizəd ölkədə qanunçuluğun, vətəndaş hüquqularının qorunmasının vacibliyini önə çəkib. S.Cəlaloğlu Azərbaycanda əhəmiyyətli dəyişikliklərin həyata keçirilməyəcəyi təqdiqdə, ölkənin təhlükəli perspektivlə üzləşə biləcəyini deyib.   

Prezidentliyə namizəd Araz Əlizadə  bu günə qədər öz platforması haqqında danışdığını, lakin artıq bu taktikanı dəyişmək məcburiyyətində qaldığını deyib. O, “Yeni Müsavat” və “Azadlıq” qəzetini ona qarşı böhtan materiallar dərc etməkdə günahlandırıb. A.Əlizadə daha sonra Milli Şuranı və onun namizədini kəskin edib.

Prezidentliyə namizəd Qüdrət Həsənquliyev də çıxışının əsas hissəsini Milli Şuraya və onun namizədinə həsr edərək, bəzi məqamları xatırladıb. Q.Həsənquliyev  yaxın keçmişə qədər  C.Həsənlinin  yazdığı kitablarda   Heydər və İlham Əliyevlər haqqında təriflərin yer aldığını bildirib.   
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ənənəsini dəyişməyərək, çıxışını əvvəldən-axıra hakimiyyətin tənqidi üzərində qurub. C.Həsənli diqqəti daha çox Qarabağ münaqişəsinin uzun müddətdir ki, həllinin yubanmasına yönəldib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.