Xəbərlər

İran parlamentinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib
23 sentyabr, 2013 20:00

İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

ERtv APA-ya istinadən xəbər verir ki, İran parlamentinin nümayəndə heyətinə millət vəkili Cavad Cahangirzadə rəhbərlik edir. Qonaqlar Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüşərək, İran İslam Şurası Məclisinin spikeri Əli Laricaninin azərbaycanlı həmkarına dostluq mesajını çatdıracaq.

İran parlamenti nümayəndələrinin Azərbaycan Milli Məclisində iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri və Yeni Azərbaycan Partiyasının sədr müavini  ilə də görüşü nəzərdə tutulub. Qonaqlar eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüş keçirəcək, Bakı şəhərinin tarixi və mədəni abidələri ilə də tanış olacaq.

Görüşlər zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılacaq. Tərəflər həmçinin iki ölkənin parlamentlərarası dostluq qrupları arasında əməkdaşlığın inkişaf etdirilməsi yollarının axtarılması üçün səy göstərəcək.

İran nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 25-də sona çatacaq. Onlar Azərbaycandan Gürcüstana gedəcək.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.