Pakistanda kilsədə törədilən partlayışda 60-dan cox insan həlak olub
22 sentyabr, 2013 20:07
Pakistannın şimal-qərbi əyaləti olan Hayber-Paxtunxvanın Pişəvər şəhərində kilsədə partlayış törədilib.
Son məlumatlara əsasən kilsədə baş verən partlayışda ölənlərin sayı 60 nəfəri ötüb, 120-dən çox yaralı var.
Pakistan hökumətinin başçısı Nəvaz Şərif terror aktını pisləyib və həlak olanların yaxınları ilə həmrəy olduğunu bildirib.
15:10
ERtv RİA-Novosti*-yə istinadən xəbər verir ki, ən az 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Ölənlər arasında qadın və uşaqlar da var. Ölkənin hüquq-mühafizə orqanlarının məlumatına əsasən partlayış terrorçu-kamikazdze tərəfindən törədilib.
Hadisənin digər təfərrüatları açıqlanmır.