UEFA prezidenti Mişel Platini Azərbaycanın milli komandaları üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimindən əvvəl keçirilən brifinqdə çıxış edib.
“Mən AFFA-nı “Avro-2020”-nin keçirilməsi üçün etdiyi müraciət ərizəsinə görə təbrik edirəm”.
ERtv xəbər verir ki, bunu UEFA prezidenti Mişel Platini deyib.
"Dünən Avropa-2020-ni öz ərazisində keçirmək istəyən ölkələrin hamısının namizədlikləri elan edildi.
Düşünürəm ki, Azərbaycanın da qitənin ən yaxşı komandalarının matçlarını öz ərazisində keçirə bilmək üçün yaxşı şansları var.
Bilirəm ki, İlham Əliyev futbolu sevir. O istəyir ki, Azərbaycan futbol üzrə dünya çempionu olsun. Lakin bu elə də asan deyil. Bunun üçün gənclərin futbolunu inkişaf etdirmək lazımdır. Onda uğurlar mütləq olacaq".