Nayrobidə atışma: 22 ölü
21 sentyabr, 2013 21:12
Bu gün Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən iri ticarət mərkəzlərinin birində atışma olub.
ERtv xarici mətbuata istinadən xəbər verir ki, 22 nəfər həlak olub.
Yerli hüquq mühafizə orqanları bu hadisənin terror aktı olması ilə bağlı ehtimal olduğunu bildiriblər.
Şahidlər isə hadisənin törədən şəxslərin yerli dildə deyil, ərəb və ya Somali dilinə bənzəyən dildə danışdıqlarını vurğulayıblar.
Ticarət mərkəzinə hücum zamanı 7 nəfər girov götürülüb, binada olan bütün müsəlmanlar sərbəst buraxılıb.