Xəbərlər

Turizm sektorunun inkişaf prespektivləri araşdırılır
21 sentyabr, 2013 21:10

Şəki Şəhər İcra Hakimiyyətində rayonda turizm sektorunun inkişafı və prespektivləri müzakirə olunub.

Şəhər İcra Hakimiyyətindən ERtv-yə bildirilib ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə və təşkilatların rəhbərləri, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkar və fermerlərin qatıldığı tədbirdə İcra Hakimiyyətinin başçısı Elxan Usubov öncə müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Sonra “Şəkidə turizmin cari vəziyyəti: reallıqlar və perspektivlər”  mövzusunda icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məruzə edib. Məsələ ətrafında çıxış və müzakirələr zamanı qeyd edilib ki, rayonda zəngin turizm potensialı mövcuddur və bundan səmərəli istifadə olunmalıdır.

Belə ki, Şəkiyə gələn yerli və xarici turistlər tarix-memarlıq abidələri ilə yanaşı kənd yaşıl turizmə də böyük maraq və diqqət göstərir. Eyni zamanda turistlərin diqqətini cəlb etmək üçün küçə və meydanların, magistral ətrafı yolların abadlaşdırılması, ictimai iaşə xidmətlərndə kəmiyyət və keyfiyyətin artırılması barədə müzakirələr aparılıb. Sonda müzakirəsi aparılan məsələ ilə bağlı layihə hazırlanması qərarlaşdırılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.