Xəbərlər

Prezidentliyə namizədlərin üçüncü teledebatı sakit mərada keçdi
21 sentyabr, 2013 21:09

Mərkəzi Seçki Komissiyasının (MSK) seçki qanunvericiliyini pozmuş iki namizədə xəbərdarlıq etməsi təsirsiz qalmadı.

ERtv xəbər verir ki, İctimai Televiziyada (İTV)  bu gün keçirilmiş teledebatda bəzi namizədlərin çıxışında kəskin fikirlər yer alsa da, heç bir incident yaranmayıb.

Növbəti debatda da birinci çıxış edən prezidentliyə namizəd Zahid Oruc  bundan əvvılki debatda yol verdikləri davranışa görə həmkarları Hafiz Hacıyevin və Cəmil Həsənlinin üzr isətəməsini təklif edib.

Z.Oruc çıxışının davamında C.Həsənlinin səsləndirdiyi fikirlərin hakimiyyətə deyil, dövlətə qarşı yönəlmiş planların tərkib hissəsi olduğunu deyib.
 
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov  sentyabrın 16-dan  etibarən, hakim partiyanın öz namzədinin müdafiəsi üçün ölkə ərazisində çoxsaylı aksiyaların keçirilidiyini, o tədbirlərə qatılan seçicilərin məhz fəaliyyətdə olan dövlət başçısına səs verəcəkələrini bildirdiklərini qeyd edib. S.Novruzov da Z.Orucun təklifini dəstəkləyərək, H.Hacıyevlə C.Həsənlinin xalqdan üzr istəməli olduqlarını deyib.

Prezidentliyə namizəd İqbal Ağazadə kənd rayonlarında olan problemlər və həmin problemlər həllinə dair baxışlarını açıqlayıb. O, bu sahədə bir sıra problemlərin kəskinləşdiyinin vurğulayaraq, öz təkliflərini irəli sürüb.

Növbəti çıxışçı, prezidentliyə namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi  Mayis Gülalıyev çıxışına təmsil etdiyi şəxsin təbliğatı ilə başlayıb. M.Gülalıyev diqqəti müxəlif problemlərə və onların yaranma səbəblərinə  yönəldərək, onların çıxış yollarından danışıb.    
Prezidentliyə namizəd Hafiz Hacıyev ondan üzr istənilməsini tələb edilməsinin səbəbini başa düşmədiyini söyləyib. Davranışındakı ənənəvi aerssivliyi azaldan H.Hacıyev  özünəməxsus tərzdə 1992-93-cü il hakimiyyətini rabitəsiz formada tənqid edib.

Prezidentliyə namizəd Fərəc Quliyev çıxışına ümumi girşlə başlayaraq, ölkənin xarici siyasəti haqqında baxışları ilə bölüşüb. F.Quliyev Azərbaycan Qərb yönümlü siyasətini genişləndirməsi və xüsusilə, NATO-ya üzvlük  istiqamətində səylərin artırılmasının vacibliyini deyib. O, eyni zamanda, Türk dünyası ilə əlaqələrin daha da gücləndirilməsini məqsədəuyğun sayıb.
 
“Seçki marafonu”nun digər iştirakçısı Sərdar Cəlaloğlu  çıxışının əvvəlində H.Hacıyevin fikirlərini nəzərdə tutaraq, keçmiş prezident Əbülfəz Elçibəyin adı ilə spekulyasiya  edilməsinə etirazını bildirib. S.Cəlaloğlunun çıxışının davamı korrupsiya mövzusuna həsr olunub.  

Prezidentliyə namizəd Araz Əlizadə növbəti çıxışına da anaların və müəllimlərin cəmiyyətin inkişafındakı  böyük rolunu qeyd etməklə başlayıb. A.Əlizadə çıxışının davamında müxtəlif sferalara aid problemləri diqqət mərkəzinə gətirib.
 
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev də əvvəlki çıxışını davam etdirərək, ölkədə konstitusiya islahatlarına başlamağın vacibliyini bildirib. O, xüsusilə, proporsional seçki sisteminin bərpasına və Milli Məclisdəki deputat yerlərinin sayını 125-dən 225-ə çatdırılmasına ehtiyac olduğunu önə çəkib. Q.Həsənquliyev daha sonra AXCP sədri Əli Kərimlinin müxtəlif şəxslərin adından 8 milyon manatdan artıq kredit götürdüyünü deyib.   

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ötən teledebatlarda səsləndirdiyi müəyyən fikirləri təkrar edərək, çıxışını hakimiyyətin tənqidi üzərində davam etdirib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.