MSK Cəmil Həsənlinin bir səlahiyyətli nümayəndəsinin qeydiyyatını ləğv edib
21 sentyabr, 2013 20:56
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün növbəti iclası keçirilib.
ERtv APA-ya istinadən xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 19 sentyabr 2013-cü il tarixli iclas protokolu təsdiq edilib.
Daha sonra komissiyanın katibi Arifə Muxtarova prezidentliyə namizədliyi qeydə alınmış Cəmil Poladxan oğlu Həsənli tərəfindən MSK-ya təyin olunan məşvərətçi səs hüquqlu üzvü təsdiq edilməsi ilə bağlı məlumat verib və səsə qoyularaq təsdiq olunub.
Sonra isə onun 102 nəfər səlahiyyətli nümayəndələri qeydə alınıb. Ardınca komissiya C.Həsənlinin müraciəti əsasında səlahiyyətli nümayəndəsi Həsən Şakir oğlu Şıxəliyevin qeydiyyatını ləğv edib.