Yelena Sidorenko yeni verilişindən danışdı
20 sentyabr, 2013 21:13
Bir neçə gündür ki, Yelena Sidorenkonun təqdimatında yeni veriliş nümayiş olunur.
Teleaparıcı ERtv-yə açıqlamasında sentyabrın 17-dən Xəzər televiziyasının efirində göstərilən “25-ci saat” proqramında ölkədə və dünyada baş verən mühüm hadisələrin xülasəsini təqdim etdiklərini deyib.
Bildirib ki, saat 00:30-da efirdə olan 15 dəqiqəlik veriliş zamanı tamaşaçılara gün ərzində baş verən önəmli xəbərlər təqdim ediləcək.