Ərəb qadınları maşın sürə bilmək üçün mübarizəni davam etdirəcəklər
20 sentyabr, 2013 21:10
Səudiyyə Ərəbistanında qadınlar onların maşın sürməklərinə icazə verilməsi uğrunda kampaniyaya başlayıblar.
ERtv-nin BBC Russian-a istinadən verdiyi xəbərə görə, bu ölkədə qadınlara maşın sürmək qadağan olunmasına baxmayaraq, bu barədə heç bir rəsmi qanun yoxdur.
Əman əl-Nəfşan qadın haqları hərəkatının aktivistlərindən biri BBC-yə bildirib ki, o, növbəti ayda qadınları və onları dəstəkləyən kişiləri Səudiyyə Ərəbistanında oktyabrın 26-da qadınların maşın sürməyə münasibət bildirəcəkləri barədə Twitter-də yazmağa çağırır.
Təşkilatçılar düşünürlər ki, bu cür aksiya onların tələblərinə ictimai dəstəyin miqyasını göstərəcək. Hakimiyyət isə son zamanlar ictimai fəalları dinləməyə hazır olduğunu nümayiş etdirir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı