Xəbərlər

Bakıda BP-nin yeni ofisi açıldı
20 sentyabr, 2013 21:08

Bu gün BP Azərbaycan şirkəti Bakıda “BP Xəzər Mərkəzi” adlanan yeni ofisinə köçüb.

ERtv xəbər verir ki, həmin ofis Neftçilər prospektindəki Port Baku kompleksində yerləşir.

BP Xəzər Mərkəzi 16 mərtəbəli binanın 5-14-cü mərtəbələrində yerləşəcək və 2100 iş masasından və 135 iclas otağından ibarət olacaq.

Yeni ofis ən qabaqcıl texnologiyalar ilə, o cümlədən BP-nin bütün uzaq məsafədə yerləşən dəniz və qurudakı obyektləri ilə birbaşa əlaqə yaratmağa imkan verən Qabaqcıl Birgə İş Mühiti (ACE) texnologiyası, habelə TelePresence, təhlükəsiz çap etmə qurğuları, iclas otaqlarının elektron şəkildə sifariş edilməsi və VoİP (interter protokolu üzərindən səs) telefoniya ilə təchiz ediləcək.

Yeni ofisin açılışına həsr olunmuş tədbirdə çıxış edən Qordon Birrell bildirib ki, yeni ofis işçilərin iclaslar və digər işgüzar məqsədlər üçün şəhərin müxtəlif yerlərinə səfər etməsi zərurətini aradan qaldıracaq:

“İclas otaqlarımızda istifadə edilən müasir TelePresence texnologiyası bizə imkan verəcək ki, dünyanın müxtəlif yerləri ilə birləşmiş şəbəkə üzərindən əlaqə yaradaraq “şəxsən” görüşmə imkanı əldə edək və bu, iclas iştirakçılarının özlərini fiziki cəhətdən olmadıqları yerdə hiss etmələrinə imkan yaradacaq”.

O qeyd edib ki, yeni ofisdə beynəlxalq miqyasda qəbul edilmiş praktikaya uyğun olaraq məhdud əmək qabiliyyətli insanlar üçün lazımi şərait yaradılıb.

Binanın tikintisi 2009-cu ilin sonlarında başlanıb və hazırda başa çatmaq üzrədir.

BP Azərbaycan şirkətinin heyəti artıq Bakının müxtəlif yerlərində olan əvvəlki ofislərindən BP Xəzər Mərkəzinə köçməyə başlayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.