Əmək yarmarkasında 98 nəfər işlə təmin olunub
19 sentyabr, 2013 20:47
Qəbələ rayonunda əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib.
ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, rayon mədəniyyət mərkəzində keçirilən yarmarkanın açılışında çıxış edənlər ölkədə və Qəbələ rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin məşğulluğunun təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədi ilə həyata keçirilən tədbirlərdən söhbət açıblar.
Yarmarkaya 44 idarə, müəssisə və təşkilat tərəfindən 329 vakant iş yeri təqdim olunub. Təqdim olunan boş iş yerlərində əmək haqqı minimum 113 manat, maksimum 319 manat təşkil edib. Yarmarkada iştirak edən 472 nəfər işaxtaran vətəndaşlardan 98 nəfərinə münasib işlərə göndəriş verilib.