Xəbərlər

Şəkinin daha iki yaşayış məntəqəsinə qaz verilib
19 sentyabr, 2013 20:39

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Dodu məhəlləsinin Novruz küçəsində və şəhərin yeni salınmış 124-cü məhəlləsinin qazlaşdırılması işi artıq başa çatdırılıb.

Bu gündən etibarən sakinlərə “mavi yanacağın” verilməsinə başlanılıb. Bu münasibətlə keçirilən mərasimlərdə rayon əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Bildirilib ki, cari ilin əvvəlində rayonda abonentlərin sayı 19 min 407 nəfər idi. Hazırda isə rayonda 20 min 504 abonent təbii qazdan istifadə edir.

Bütün abonentlərə qaz sayğacları quraşdırılıb. Rayonda əhali abonentləri üzrə qazlaşma 60 faizdən yuxarıdır. Hazırda rayonun Baş Zəyzid, Oxud və Kiş kəndlərinə qaz xətlərinin çəkilişi davam etdirilir. Tədbirdə o da qeyd edilib ki, Dodu məhəlləsinin Novruz küçəsində yeni mənzil inşa edən 50 sakinə bu gündən mavi yanacaq veriləcək. Eyni zamanda şəhərin 124-cü məhəlləsinin 166 sakinindən 40-nəfəri də bu gün təbii qazla təmin olunublar.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və mənzillərə “mavi yanacaq” verilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.