Xəbərlər

Millət vəkilləri Litvaya səfər edib
19 sentyabr, 2013 20:35

Sentyabr ayının 18-də Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Litva Parlament dostluq qrupunun sədri, Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov və millət vəkili Rasim Musabəyov Litvaya səfər ediblər.

ERtv xəbər verir ki,  səfər çərçivəsində millət vəkilləri  Litva Parlamentində, parlamentin vitse-spikerləri xanım İrena Degutiene və cənab Algirdas Sisasla, Litva Parlamentinin beynəlxalq əlaqələr komitəsinin rəhbəri cənab Benediktas Yuodka, parlamentdə təmsil olunan Sosial Demokrat Partiyasının qrup rəhbəri xanım İrena Siauliene, ana müxalifətin nümayəndəsi, Konservatorlar partiyasının sədri, keçmiş baş nazir cənab Andriyus Kubiliyus və  Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçirmişlər.

Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilmişdir.

Həmçinin, görüşlərdə Litva Parlamentində qondarma “Dağlıq Qarabağ”la dostluq qrupunun yaradılmasına toxunulmuş və ikitərəfli əlaqələrə kölgə saldığı təəssüflə qeyd edilmişdir. Öz növbəsində Litva nümayəndələri  qrupun yaradılmasını pislədiyini, bunun arxasında maraqlı qüvvələr olduğuna inandığını diqqətə çatdırmış, eyni zamanda  Litva dövlətinin mövqeyi dəyişilməz olaraq qaldığını, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha bəyan edərək, regionda sülhün bərqərar olunmasının zəruriliyini və bəzi deputatların fərdi təşəbbüslərinin parlamentin  rəsmi mövqeyi olmadığını bir daha diqqətə çatdırmışlar.

Elə həmin gün millət vəkilləri Litva Xarici İşlər nazirinin müavini cənab Andriyus Krivasla görüşmüş, ikitərəfli münasibətlər və gələcək perspektivləri  barədə müzakirələr aparmışlar.

Öz növbəsində cənab Krivas diqqəti Litvanının Avropa İttifaqında sədirliyinə və noyabr ayının 28-29-da Vilnüsda, Avropa İttifaqı ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının keçiriləcək sammitinə yönəltmiş və bu mühüm tədbirin bütün üzv ölkələri üçün uğurlu nəticə verəcəyinə inandığını bildirmişdir.

Sentyabr ayının 20-də millət vəkilləri Avronest Parlament Assambleyasının təşkil etdiyi “Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı” mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.