Damaçılarımız Dünya Çempionatının ilk onluğundadırlar
18 sentyabr, 2013 19:36
Bolqarıstanda 64 damalı lövhə üzərində yeniyetmə və gənclər arasında dama üzrə Dünya Çempionatı keçirilib.
ERtv-nin verdiyi xəbərə görə, klassik oyunda Azərbaycan oyunçuları arasında ən yaxşı nəticəni Ülkər Babanlı (10 yaşa qədər) göstərib.
O, 8 turda 8 xal qazanmaqla, 18 iştirakçı arasında 8-ci yeri tutub. Kamil Familli isə 8 tura 9 xalla 22 iştirakçı arasında 10-cu olub. Bundan əlavə, Fərid Qəniyev 9 turda 10 xal yığıb və 24 damaçı arasında 8-ci pilləni tutub.