Xəbərlər

Bakıda Milli Musiqi Günü qeyd olundu
18 sentyabr, 2013 19:32

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qarşısında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü və 18 sentyabr – Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

ERtv xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Əbülfəs Qarayev bu günün önəmindən danışıb. Nazir Ü.Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən söz açıb, dahi bəstəkarın irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib. Əlavə edib ki, bu gün Azərbaycanın hər yerində Milli Musiqi Günü yüksək səviyyədə qeyd edilir.

Daha sonra söz alan Firəngiz Əlizadə öz çıxışında Ü.Hacıbəylinin həyat və yaradıcılığından söz açıb. Azərbaycan musiqisinin Üzeyir Hacıbəyli kimi dahi, ölməz bəstəkarının olmasından böyükdən-kiçiyə hər kəsin qürur hissi keçirdiyini deyib.

Tədbirdə həmçinin Fərhad Bədəlbəyli çıxış edərək, bir müddət öncə Los-Ancelesdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının səhnəyə qoyulmasından danışıb. Bildirib ki, operettanın 100 illik yubileyinə həsr olunan tamaşa böyük sayda tamaşaçılar tərəfindən ayaq üstə alqışlanıb.

Siyavuş Kərimi də tədbirə toplaşan hər kəsin Milli Musiqi Gününü təbrik edib, bayram gününü hər il səbrsizliklə gözlədiyini xüsusilə vurğulayıb. Bildirib ki, Bakı Musiqi Akademiyasının binası onun üçün doğma və əzizdir.

Daha sonra Azərbaycan Dövlət Xor Kapellası və Müdafiə Nazirliyinin nümunəvi Hərbi Orkestrinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” uverturası, “Ey Vətən”, “Heyratı” və M.Maqomayevin “Marş RV-8” əsərləri ifa olunub.

Qeyd edək ki, Milli Musiqi Günü tədbirinin təntənəli açılış mərasimindən öncə tədbir iştirakçıları Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. Dahi bəstəkarın xatirəsi yad edilib, məzarı üzərinə çiçəklər qoyulub.

Həmçinin Fəxri Xiyabanda dəfn olunan görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarları ziyarət olunub.

Mərasim iştirakçıları daha sonra Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.

Qeyd edək ki, bu gün saat 14:00-da Milli Musiqi Günü ilə əlaqədar olaraq dahi  bəstəkarın ev muzeyində “Buta” kamera xoru, incəsənət ustaları və musiqiçilərin çıxışı olacaq.

Saat 19:00-da isə Akademik Opera və Balet Teatrında Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Festival Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illiyinə həsr olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.