ERtv-nin Fotoensiklopediya rubrikasının növbəti mövzusu 1972-ci il Münhen Olimpiadasında baş verən faciədir.
Sentyabrın 4-dən 5-ə keçən gecə israilli idmançıları qaldığı binaya hücum edən silahlılar binanın girişində iki idmançını öldürmüşdü.
Özlərinə “Qara Sentyabr” adını verdikləri qruplaşma aralarında 2 məşqçi və 7 idmançı olmaqla 9 nəfəri də əsir götürmüşdü. Həmin şəxslərin tələbi isə İsrail həbsxanalarında həbsdə olan 200 fələstinlinin buraxılması idi.
İsrail dövləti bu tələblə razılaşmadığı üçün Almaniyanın daxili işlər naziri Hans-Dietric Qenşer silahlılarla danışıqlara başlayır.
Silahlıların əsirlərlə birlikdə Misirə uçmalarına icazə verilir. Onlar üçün 2 helikopter ayrılır. Onlar helikopterə minən zaman birdən atışma çıxır. Atışma zamanı silahlılardan 5-i öldürülür, 2 nəfər sağ, 1 nəfər isə yaralı olaraq ələ keçirilir, 3-ü isə qaçır.
Silahlılar da əsirlərin hamısını və 1 polisi öldürür.
Ümumilikdə hadisələr zamanı 11 israilli idmançı və məşçqi, 5 silahlı qruplaşma üzvü ölür.
9 aprel 1973-cü ildə İsrail Beyrutda MOSSAD-ın və SAXAL-ın (İsrail Müdafiə Ordusu) qüvvələri hesabına “Gənclik baharı” adlı əməliyyat keçirdi. Əməliyyatın nəticəsində “Qara sentyabr”ı təşkil etməkdə ittiham edilən Məhəmməd Yusif əl-Nacar (FƏTH-in kəşfiyyat rəhbəri), qərb sektoruna və İsraildəki əməliyyatlara rəhbərlik edən Kamal Ədvan və Kamal Nasir öldürüldü.
Bundan başqa Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin Beyrutda yerləşən qərargahı və FƏTH-in partlayıcı maddələr istehsal edən zavodu partlatdıldı. Kommandosların dəstəsinə Ehud Barak komandanlıq edirdi.
21 iyul 1974-cü ildə Lilihammer əməliyyatı zamanı MOSSAD agentlərinin komandası Norveçin Lillihammer şəhərində Münhendə törədilən terror aktına heç bir aidiyyəti olmayan mərakeşli Əhməd Buçkini qətlə yetirdilər.
Buna səbəb yayılan yalan məlumatda Ə.Buçkinin əslində Ərəfatın şəxsi mühafizə dəstəsinin rəisi və “Qara sentyabr”ın əməliyyatçısı Əli Həsən Salame olduğu bildirilirdi. Mossadın 5 agenti (onlardan 2-si qadın idi) Norveç hakimiyyət orqanları tərəfindən həbs olundular, digərləri isə qaça bildilər.
Daha sonra MOSSAD Salameni Beyrutda tapdı və onu avtomobilinə 1975-ci ilin yanvar ayının 22-də bomba qoyulması yolu ilə məhv etməyə nail oldu.
Simon Rivin yazdığına görə, İsrail əməliyyatı 20 ildən artıq davam edib. O, Fələstinin Azadlığı Təşkilatının rəhbəri Atef Bseysonun 1992-ci ildə Parisdə qətlə yetirilməsini təsvir edir və bəyan edir ki, İsrail bir sözlə, bu addımları məhz Münhendəki hadisələrlə bağlı atmalı olub.