Xəbərlər

Noyabrda Avropa İttifaqı ilə Azərbaycan arasında bir neçə saziş imzalanacaq
18 sentyabr, 2013 19:18

Noyabrın sonunda Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin sammiti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında bir neçə saziş imzalana bilər.

ERtv xəbər verir ki, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevbildirib.

O qeyd edib ki, bu barədə Ermənistanda keçirilən “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin qeyri-formal görüşündə də müzakirələr aparılıb.

Xarici işlər nazirinin müavini imzalanacaq sənədlər arasında viza sadələşdirilməsi və readmissiya məsələləri ilə bağlı sənədləri qeyd edib. Onun sözlərinə görə, hər iki tərəfdən bu sənədlərin imzalanması üçün müvafiq tədbirlər görülüb.

M.Məmməd-Quliyev Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlığa da toxunaraq bildirib ki, bu tərəfdaşlıq hazırda yalnız enerji sahəsini əhatə edir:

“Biz indi bir neçə digər sahələri də əhatə edən saziş hazırlayırıq”.

O, bu sənədlərin viza sadələşdirilməsi ilə əlaqədar yerdəyişmə məsələsi, Avropa İttifaqının proqramlarında Azərbaycan tərəfinin iştirakı, hər iki tərəfin müvafiq agentlikləri arasında tərəfdaşlıq protokolları olduğunu qeyd edib:

“Viza sadələşdirilməsi ilə əlaqədar yerdəyişmə məsələsi haqqında sənəd viza məsələlərini genişləndirib inkişaf etdirir. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi bütün prosedurları həll edib.

İkinci sənədə gəlincə isə, Azərbaycan Avropa İttifaqının proqramlarında iştirak edirdi, amma bu sənəd imzalandıqdan sonra daha geniş iştirak edə biləcəyik.

Avropa İttifaqının və Azərbaycanın müvafiq agentlikləri arasında tərəfdaşlıq sənədi isə Azərbaycana institusional islahatların və insan  ehtiyatlarının hazırlanmasında öz təsirini göstərəcək”.

Onun sözlərinə görə, bu məsələlər üzrə protokollar  həmin sammitdə imzalana bilər.

Bu sənədlərdən başqa, M.Məmməd-Quliyev Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat, kənd təsərrüfatı, təhsil, insan hüquqları, demokratiya və bir neçə digər sahə üzrə saziş imzalanacağını da əlavə edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.