Azərbaycanda yol qəzaları bir gündə 16 nəfərin həyatına son qoydu
17 sentyabr, 2013 19:56
Bir gündə 16 nəfər yol qəzasında öldü.
ERtv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, dünən respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən hadisələr nəticəsində 16 nəfər ölüb, 15 nəfər isə yaralanıb.
DİN-in məlumatına görə, dünən respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.
Hazırda baş vermiş faktlarla bağlı araşdırma aparılır.