Xəbərlər

Vüsalə Hüseynli: “ASAN xidmət”in yaranması ölkə başçısının Azərbaycan xalqına etdiyi hədiyyədir”
17 sentyabr, 2013 19:52

Beş ictimai birliyin birləşdiyi “Gənclər Koalisiyası” Ağstafa rayonunda ictimai dinləmə keçirib.

ERtv xəbər verir ki, görüş QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması” layihəsi çərçivəsində baş tutub.

Görüşdə çıxış edən layihənin koordinatoru Vüsalə Hüseynli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hazırda iki mühüm proqram tətbiq olunmaqdadır. Bunlardan biri Açıq Hökumətin Təşviqinə dair Milli Dövlət Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır:

“Hər iki proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bugünkü tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, zamana və maddi xərclərə qənaət etmək, ölkə ictimaiyyətin bu və ya digər formada şəffaflığın təmin olunması şərti ilə dövlət idarəçiliyində iştirakını təmin etməkdir”.

V.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xalqımıza diqqətinin, qayğısının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər iki dövlət proqramının nəticəsi kimi dəyərləndirilə bilər:

“Çünki bu agentlik, dövlət-vətəndaş münasibətləri arasında yeni keyfiyyət kateqoriyasının yaranmasında mühüm rol oynadı. Bu addım ölkə başçısının Azərbaycan xalqına qayğısının nəticəsi kimi dəyərləndirilə bilər. Bu agentlik vasitəsi ilə regionlarda “ASAN xidmət” Mərkəzləri formalaşmağa bağlayıb ki, bu proses bütün ölkə boyu davam edəcək.  

Vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə olunmasında, elektron xidmətlərdən istifadə etməklə, dövlət qurumları ilə əlaqələrin tənzim olunmasında “ASAN xidmət” Mərkəzlərinin xidmətlərindən faydalana biləcəklər”.

QHT sədri ölkəmizdə elektron imzanın istifadəsindən, elektron hökumət, bir pəncərə sistemi barədə də məlumat verərək, ictimaiyyəti aparılan bu islahatlarda aktiv iştiraka çağırıb. Görüşdə çıxış edən koalisiya üzvü Mübariz Göyüşlü, Şəmkir Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Poladov, Ağstafa rayon sakini Layiq Qələndərov və digərləri də qeyd ediblər ki, bu gün açıq hökumətin təşviqi ilə bağlı layihənin “Gənclər Koalisiyası” tərəfindən icrası, ölkə başçısının gənclərə, vətəndaş cəmiyyəti institutlarına verdiyi diqqətin təzahürüdür və son dövrlər ölkəmizdə şəffaflığın təmini ilə bağlı elektron hökumətin fəaliyyəti qeyd etdiklərimizi bir daha sübut edir.

İctimai dinləmələr rayon sakinləri açıq hökumətin təbliği ilə bağlı proqramın əhəmiyyətini vurğulayaraq “ASAN xidməti” Ağstafada da gözlədiklərini qeyd edərək, “ASAN xidmət”in yaranmasını ölkə başçısının Azərbaycan xalqına etdiyi hədiyyə kimi qiymətləndirdilər və ölkə başçısına təşəkkür etdilər. İctimai müzakirə zamanı çıxış edən rayon sakinləri yeni təklif irəli sürərək, Ağstafada Qeyri-Hökumət Təşkilatının yaradılması ilə bağlı Gənclər Koalisiyasından dəstək istəyiblər.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.