İranda Twitter və Facebook-a icazə verildi
17 sentyabr, 2013 17:19
İranda internet istifadəçiləri artıq Twitter və Facebook sosial şəbəkələrinə daxil ola biləcək.
ERtv-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Twitter və Facebook ilk dəfə 2009-cu ildə, keçmiş prezident Mahmud Əhmədinejada qarşı kütləvi çıxışlar zamanı açılmışdı.
Hazırkı prezident Həsən Ruhani internetlə bağlı məsələlərdə daha yumşaq siyasət yürüdür və özü də aktiv Twitter istifadəçisidir. Ancaq bildirilir ki, sosial şəbəkələrə icazə verilməsi barədə İran hökuməti tərəfindən heç bir rəsmi bəyanat edilməyib.