Xəbərlər

Qərbi Çıraq platformasının üst modulları dənizdə quraşdırılıb
17 sentyabr, 2013 17:17

Qərbi Çıraq platformasının üst modulları “Azəri-Çıraq-Günəşli” yatağında təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırılıb.

ERtv-nin “BP-Azərbaycan” şirkətinə istinadən verdiyi xəbərə görə, üst modulların dənizdə montajı və istismar sınağının bu ilin sonunadək başa çatacağı gözlənilir.

Bundan əvvəl sentyabrın 12-də üst modullar Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi kimi inşa olunduğu Bibi-Heybətdəki ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsindən yola salınmışdı.

Üst modulların tikintisi 2010-cu ilin iyul ayında başlanıb və 2013-cü ilin iyul ayında başa çatıb.

Bundan sonra isə quruda təqribən 2 ay qalan istismar sınaq işləri aparılıb.

Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə həyata keçirilib və bu işlərə sərf olunmuş təxminən 20 milyon adam/saat ərzində heç bir qəza ucbatından itirilmiş iş günü qeydə alınmayıb.

Üst modulların tikintisində Xəzərdə ilk dəfə tətbiq olunan bir sıra yeni texnologiya və avadanlıqdan istifadə olunub.  

Öz tamamlanmış 19500 ton çəkisi ilə Qərbi Çıraq platformasının üst modulları Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu obyekt yerli infrastrukturdan istifadə etməklə iri miqyasda işləri aparmaq üçün modernləşdirilmiş ATA tikinti-quraşdırma sahəsində ölkə daxilində inşa edilib.

Tikinti işlərinin aparıldığı 3 il ərzində subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4000 nəfər insan cəlb edilib ki, bunun da  90%-ə qədəri yerli işçilər olub.

Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün planlaşdırılıb, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyularının qazılmasına sərf olunacaq.

Yeni platformanın layihə gücü gündəlik 183 000 barel neft və 229 milyon standart kub fut qaz təşkil edir, lakin platforma gündəlik 285 milyon standart kub fut qaz ixrac edə bilər və gündəlik 80 milyon standart kub futadək qazlift təmin etmək gücü var.

AÇG-də iştirak payları: BP (operator – 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.