Xəbərlər

Rəbiyyət Aslanova: “Ölkə Prezidentinin fikirləri bir çağırışdır”
17 sentyabr, 2013 17:15

Adətən dövlət qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək xüsusiyyət kimi “vətəndaş” sözünü vurğulayır, işlədirik.

Yəni, xalqına xidmət edən görkəmli insanlardan söz açanda “həm ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş” deyimlərinə rast gəlirik ki, bu da hər birimizi düşündürməlidir.

ERtv xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova bildirib.

Onun sözlərinə görə, alim, ziyalı, tədqiqatçı, siyasətçi olmaqla yanaşı, əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.

Komitə sədri bildirib ki, vətəndaş, vətəndaşlıq, vətənpərvərlik - ilk növbədə mədəniyyətdir.

 R.Aslanovanın dediyinə görə, ancaq heç bir qanun da özlüyündə cəmiyyətə hazır vətəndaş bəxş edə bilməz, bu, gərəkli şərtlərdən yalnız biridir.

Millət vəkili onu da qeyd edib ki, dünyada elə dəyərlər var ki, onları seçmirlər:

 “Bu dəyərlərin sayı çox az olduğu üçün onları sadalamaq olar. Bu, doğulduğun vətən, vətəndaşı olduğun dövlət, mənsub olduğun millət, mənəvi prinsiplərindir! Yəni onları seçim etmək mümkün deyil. İnsanları vətən amili birləşdirir! Başqa çox şeylərin ayırdığı cəmiyyəti də dövlət kimi özünü təsdiq edən vətən sarsılmaz edir! Lakin təbii ki, bu, həmin mənəvi birlik formasını - dövlətin dəyərini  anlayanlar üçündür”.

Komitə sədrinin bildirdiyinə görə, postmodern, qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarını dəbdən düşmüş mövzu hesab edənlər də var:

“Xüsusilə də, bu insanlar kateqoriyasına mənsub olanların istinad etdiyi, daha doğrusu, təzim etdikləri Qərb məkanında. Qərbə təzim edənlər üçün burada “vətən” və “dövlət” anlamlarına verilən dəyərə də bələd olmaq pis olmazdı. Həmin dövlətlərin vətəndaşları öz vətəninə xidməti hər şeydən öndə qoyur.     

Lakin seçimi mümkün olmayan dövlətçilik dəyərlərini seçmək istəyənlər mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların “vətənsiz və bayraqsız”, dövlətini və kimliyini bilmədən yaşamalarıdır.

Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və mənfi informasiyanın toplanmasını, milli mənəviyyata və qanuna zidd olaraq tirajlanmasını özlərinə “missiya” seçirlər.

Onlar özlərinin xəyal etdiyi kimi, nə demokratik düşüncə, nə də peşəkarlığına görə deyil, yalnız  Azərbaycan əleyhinə olduqları üçün maliyyə mənbələri tapırlar. Demokratiya barədə anlayışları isə belədir ki, hansı ölkədə “dövlətçilik dəyərlərinin inkarı” yoxdursa, deməli, orada demokratiya, azadlıq yoxdur, yəni bu qədər bəsit düşünənlər var.

Onlar Azərbaycanın suveren, beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti, regionda bütün sahələrdə lider ölkə kimi özünü tanıdan müstəqil dövlət olduğunu dərk etmək səviyyəsində deyillər.

“Dünyanın paytaxtı” kimi etalon hesab etdikləri xarici dairələrin buyuruqlarını yerinə yetirmək üçün bu "əyalət düşüncəsi"nin sahibləri dəridən-qabıqdan çıxırlar.

Müstəqil dövlətinə deyil, təzim etdikləri, maliyyə bosları ilə təmasda olmaqla “demokratik” hesab edənlərin əslində “əyalət düşüncəsi” ilə yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətlərinə xidmət edirlər…”

Millət vəkili eyni zamanda qeyd edib ki, antiazərbaycan mövqeli insanların sayı xoşbəxtlikdən az olsa da, bu, cəmiyyəti və ziyalıları düşündürməlidir:

“Bu gün demokratik dövlətdə yaşayırıq və şəxsiyyət vəsiqəsi alan hər kəs ən azı  de-yure olaraq Azərbaycan vətəndaşı hesab olunur. Bununla yanaşı, vətəndaş olmaq missiyasının dərk edilməsi barədə düşünülmür.

Yuxarıda da qeyd etdiyim kimi, adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək xüsusiyyət kimi "vətəndaş" sözünü vurğulayır, işlədirik. Məsələn, xalqına xidmət edən görkəmli insanlardan söz açanda "həm ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş" deyimlərinə rast gəlirik. Bu, hər birimizi düşündürməlidir. Yəni alim, ziyalı, tədqiqatçı, siyasətçi olmaqla yanaşı, əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.

Vətəndaşlıq - yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat demək deyil. Bu, bütöv bir anlayışdır və sözün kökündəki "vətən" kimi mənəvi anlayışla bağlıdır.

Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevməyən vətəndaş sayıla bilməz! Vətəndaş - mənəviyyat kateqoriyasıdır və onu yalnız hüquqi başa düşənlər mənəvi haqqını itirmiş olur…”

R.Aslanova onu da sözlərinə əlavə edib ki, hər zaman ziyalılığına və Azərbaycan ziyalısına  böyük hörmət və ehtiramla yanaşan dövlət başçısı İlham Əliyevin xalq artisti, böyük sənətkar Arif Məlikovun “Heydər Əliyev ordeni” ilə təltif olunması zamanı səsləndirdiyi fikirlər bir çağırış hesab edilməlidir:

“Ölkə prezidentinin oradakı çıxışı, ziyalılarla bağlı səsləndirdiyi fikirləri əslində bir çağırışdır və hər mənada təqdir olunmalıdır. Bu gün Azərbaycan ziyalısı, ziyalı missiyasını çiynində daşıyan hər bir kəs bu çağırışa cavab verməli, dövlətinin, xalqının taleyindən kənarda dayanmamalıdır. Ziyalı hər zaman öndə, xalqının, dövlətinin yanında olmalıdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.