Stiven Cerardın fanatı: “Mən sənin evini yandıracağam…Səni və uşaqlarını öldürəcəyəm”
16 sentyabr, 2013 22:16
Naməlum şəxs “Liverpul”un yarımmüdafiəçisi Stiven Cerardı Melvudda məşq zamanı hədələyib.
ERtv Daily Mail-ə istinadən xəbər verir ki, xavbek cərimə zərbələrini məşq edən zaman fanat futbolçunu və onun ailə üzvlərini qətlə yetirmək istədiyini bildirərək motosikletlə hadisə yerindən uzaqlaşıb.
“Mən bilirəm sən harada yaşayırsan. Mən sənin evini yandıracağam. Səni və uşaqlarını öldürəcəyəm...” - deyə azarkeş bildirib.