Livana Suriya ərazisindən hücum edilib
16 sentyabr, 2013 22:05
Livanın şərq hissəsinə Suriya ərazisindən raket atəşi açılıb.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, üç raket Cəburra və Labve kəndləri yaxınlığında partlayıb.
Raketlər Hizbullahın əsas dayaq bazalarından birinin – Baalbek şəhərinin yaxınlığında partlayıb.
Açılan atəş nəticəsində heç kim zərər çəkməyib, lakin güclü yanğın başlayıb.