Avropa qaz alıcıları və Azərbaycan qazının satışı ilə bağlı müqavilə imzalanacaq
16 sentyabr, 2013 22:03
Sentyabrın 19-da Avropa qaz alıcıları və Azərbaycan qazının satışı ilə bağlı müqavilə imzalanacaq.
ERtv xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, imzalanma mərasimi Bakıda baş tutacaq.
Qeyd edək ki, "Şahdəniz -2" layihəsi çərçivəsində Trans Adriatik boru kəməri ilə ilkin mərhələdə Avropaya 10 milyard kubmetr qaz ixrac olunaocaq. Şahdəniz konsorsiumu iyunun 28 də TAP layihəsini seçdiyini elan edib.